Foto Fakt

Azərbaycanda siqaret yenidən bahalaşdı - FOTO + YENİLƏNİB

8-01-2016, 09:16
Azərbaycanda siqaret yenidən bahalaşdı - FOTO + YENİLƏNİB

Bu gün ölkə ərazisində siqaretlərin pərakəndə satış qiyməti artıb.

Xeberman.com "APA-Economics"-a istinadən xəbər verir ki, tütün məmulatlarının pərakəndə satış qiymətində orta hesabla 0,5 manat artım müşahidə olunur.

Bazarda böyük pay sahibi olan şirkətlərdən biri "Japan Tobacco International Baku"dan "bildirilib ki, tütün məmulatlarının bahalaşmasına səbəb dolların real məzənnəsinin artımı ilə bağlıdır.
 
Məlum olduğu kimi, tütün məmulatlarının istehsalı idxala bağlı olan prosesdir. Artıq uzun müddətdir davam edən dolların bahalaşması bu sahəyə təsir etməkdədir.

11:06

Azərbaycanda siqaret yenidən bahalaşdı.

Oxu.Az xəbər verir ki, bu barədə haqqin.az-a ticarət şəbəkələrinin əməkdaşları məlumat verib.

Məlumata görə, qiymət artımı demək olar ki, bütün siqaret markalarına şamil edilib. Orta hesabla siqaretlərin bir qutusu markasından asılı olaraq 0,5-0,8 manat bahalaşıb.

Belə ki, "Sobranie” siqaretinin bir qutusu indi 4,3 manatadır, halbuki dünən 3,7 manata idi. Bu markadan olan siqaretin bir qutusu dekabr devalvasiyasına qədər 2,5 manata satılırdı.

"Winston” markalı siqaretlər də 3,2 manata qədər bahalaşıb, dünən bu siqaretin bir qutusu 2,8 manata satılırdı.  

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]