İqtisadiyyat

Deputat: fəryad etdi: “Binə” və “Sədərək”də insanların hüququnu pozurlar

31-05-2019, 03:36
“Ticarət mərkəzlərində işləyən sahibkarlar yüksək qiymətə mağaza alsalar da, onların mülkiyyət hüququ olmur”

BAKI, 30 may – Sputnik. “Binə” və “Sədərək” ticarət mərkəzlərində işləyən sahibkarlar yüksək qiymətə mağaza alsalar da, onların mülkiyyət hüququ olmur. Oradakı dükanlar, obyektlər sahibkarların şəxsi mülkiyyəti deyil, icarə qaydasında işlədilir. Bütün mağazaların mülkiyyəti mağazanın sahiblərinə deyil, məhz ticarət müəssisəsinin sahibinə məxsusdur”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxışı zamanı deyib.



Deputat bildirib ki, bu ticarət mərkəzlərində 30 minədək insan çalışır və onların hüquqlarının müdafiəsi istiqamətində işlər görülməlidir: “Həmin mağazalar 80 min manatdan 250 min manata kimi vətəndaşlara satılıb, lakin bu əməliyyat qeyri-rəsmi aparıldığı üçün sahibkarlar mülkiyyət sahibi ola bilməyib. Yalnız icarə hüququ əsasında orada fəaliyyət göstərmək hüququna malikdirlər. Bu, vətəndaşın mülkiyyət hüququnun pozulmasıdır”.
“Onlardan nəinki işlətdiyi dükanın icarə haqqını, o cümlədən işlətdiyi internetin, elektrik enerjisinin, hətta küçədə qoyulan şlaqbaumun və ayaq yolunun da pullarını alırlar” – deyə o qeyd edib.

Deputat bildirib ki, sahibkarların fəaliyyətinə daha geniş imkanlar yaradılmalıdır: “Yeni iş yerlərinin açılması sahibkarların fəaliyyətindən asılıdır. Onlara şərait yaradılsa, yeni iş yerləri açılar və insanların büdcədən asılılığı da azalar”.


Administratorla əlaqə

077 611-55-22

[email protected]