Binə ticarət mərkəzində aksiya keçirilir
Xeberman.com musavat.com-a istinadən xəbər verir ki, aksiya iştirakçıları isə ticarət mərkəzində işləyən ticarətçilərdir.
Onlar bir müddət öncə də dinc aksiya keçirib, tələblərini ortaya qoymuşdular. Hazırda 5/3, 5/4 sıralarda çalışan sahibkarlar dükanları qapadaraq, bu şəkildə dinc aksiya keçirirlər. Onların etirazlarına səbəb isə, icarə haqlarının çox olmasıdır.
Şikayətçi sahibkarların verdiyi məlumata görə, digər sahibkarlar da onlara qatılacaq: «Ölkədə böhran var. Alver yoxdur. Pul qazana bilmirik. Gəlirlərimiz aşağı düşüb. Amma icarə haqqı dəyişməyib. Üstəlik, ay tamam olan kimi pulu tələb edirlər. O pulu necə ödəyək? Bizi başa düşüb, qiyməti aşağı salmalıdırlar. Digər sıralarda olan tacirlər də bizə qatılmağı düşünürlər. Alver heç kimdə yoxdur, problem hamımızın problemidir. Belə getsə, hamımızı dükanları qapadıb, gedəcəyik».