İdman / Maraqlı

UEFA prezidenti final üçün niyə Bakını seçdiklərini AÇIQLADI

28-05-2019, 04:35
UEFA prezidenti Aleksander Çeferin Almaniyanın "Der Spiegel” jurnalına müsahibəsində Avropa Liqasının final oyununun keçirilməsi üçün niyə Bakını seçdiklərini açıqlayıb.

Xeberman.com xəbər verir ki, Çeferin bunu Azərbaycanda yaşayan insanların futbolu sevməsi ilə əlaqələndirib.

"Niyə? Çünki orada yaşayan insanlar futbolu sevirlər. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik. Bakıdakı azarkeşlər canlı futbol görmək istəyində haqlı deyillərmi?! Klublar birbaşa biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər. Yeri gəlmişkən, mən asanlıqla uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır. Həmişə UEFA günahkar kimi göstərilir. Bu populizmdir. Hər klubun səyahət edən azarkeşlərini dəstəkləmək üçün konstruktiv təklifi, yaxud fondu olur”, - deyə Çeferin bildirib.

UEFA prezidenti qeyd edib ki, əlbəttə, Bakı Londondan uzaqdır, lakin yeri təyin edərkən finalda hər iki komandanın İngiltərədən olacağı bilinmirdi.

Çeferin erməni əsilli futbolçu Henrix Mxitaryanın təhlükəsizlik bəhanəsi ilə Bakıya gəlməməsinə də toxunub: "Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi. Lakin gəlməmək oyunçunun öz qərarı idi”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]