İdman

UEFA Bəhramı "Qarabağ" azarkeşi siyahısından çıxardı

27-09-2017, 11:05
UEFA Bəhramı "Qarabağ" azarkeşi siyahısından çıxardı
Çempionlar Liqasının qrup mərhələsinin məşhur azarkeşlərini açıqlayan UEFA siyahıda düzəliş edib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, turnirin iştirakçısı olan 32 komandanın hər birinin tanınmış fanatını müəyyənləşdirən qurum “Qarabağ”ın azarkeşi kimi göstərdiyi aktyor Bəhram Bağırzadəni siyahıdan çıxarıb.

“Neftçi”nin Müşahidə Şurasının sabiq üzvü və bu komandanın azarkeşi kimi tanınan Bağırzadənin adının bu siyahıda yer alması ölkəmizdə birmənalı qarşılanmayıb. Səhvini tez anlayan UEFA məşhur aktyorun adını siyahıdan çıxarıb. Ümumiyyətlə həmin məqalədə “Qarabağ”la bağlı abzas da yığışdırılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]