Gündəm

Güclü külək 5 kəndi işıqsız qoydu

26-05-2019, 04:28
Qax rayonunda güclü külək irigövdəli ağacları aşırıb.

"Report"un məlumatına görə, axşam saatlarında əsən güclü külək nəticəsində irigövdəli ağaclar aşaraq elektrik naqillərini qırıb.


Nəticədə rayonun Qorağan, Zəyəm, Lələli, Tasmalı və Turaclı kəndlərində elektrik enerjisi kəsilib.

Qax Elektrik Şəbəkədən "Report"a verilən məlumata görə, hazırda əraziyə şəbəkənin əməkdaşları cəlb olunub, fəsadların aradan qaldırılaraq adıçəkilən kəndlərə elektrik enerjisinin verilməsi üçün iş aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]