Ölkə

Külək Qusarda evlərin damını uçurub, rayon işıqsız qalıb - FOTO

26-05-2019, 04:10
Güclü külək Qusarda fəsadlara səbəb olub.

Oxu.Az-ın şimal bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, nəticədə Qusar şəhər 2 saylı məktəbin dam örtüyü uçub.

Rayonun bəzi kəndlərində külək yaşayış evlərinin damına ziyan vurub. Ağacların yollara aşması nəticəsində bəzi istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşıb. Rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib, elektrik enerjisinin verilişi dayandırılıb.




Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.




Administratorla əlaqə

077 611-55-22

[email protected]