Tibb / Gündəm
Bu şəxslər üçün tibbi sığorta pulsuz olacaq - VİDEO
2-05-2019, 18:22
Bir qrup şəxslər icbari tibbi siğortadan pulsuz yararlana biləcəklər.
Xezerxeber.az-ın məlumatına görə, bütün bunlar yeni xidmətlər zərfində öz əksini tapıb.
Bu xidmətlər zərfi iki hissədən - baza və əlavə hissədən ibarət olacaq. Baza hissə üzrə bütün Azərbaycan vətəndaşları sığortalı hesab olunur. Əlavə hissəyə əsasən isə yalnız sığorta haqqı ödəyənlər istifadə edə biləcəklər. Amma burda da bəzi istisnalar olacaq.
Dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Səhiyyə Nazirliyi ilə birgə işə başlanılıb. Standartlara uyğun fəaliyyət göstərən tibb müəssisələri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən keyfiyyət indeksinə uyğun əlavə maliyyələşmə imkanı əldə edəcək.
Sonrakı illərdə isə keyfiyyət standartlarının sayının 200-ə çatdırılması nəzərdə tutulub.
BAKU.WS