Xəbərlər

Dövlət xəstəxanalarında pullu xidmət göstəriləcək – VİDEO

27-05-2017, 10:21

Azərbaycanda dövlət xəstəxanaları ilə yanaşı, poliklinikalar da pullu xidmət göstərəcək. Bütün işlərə icbari tibbi sığortanın tətbiqi başa çatdıqdan sonra başlanılacaq. Hazırda pullu xidmətlərin siyahısı Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənməsi üçün Nazirlər Kabinetinə verilib.

Xeberman.com Xəzərxəbər-ə istinadən məlumat verir ki, qanunvericiliyin tələbinə uyğun olaraq, bütün dövlət tibb müəssisələri publik hüquqi şəxs olduqdan sonra bu qayda tətbiq ediləcək.

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyir ki, hazırda mərkəzi xəstəxanaların publik hüquqi şəxs olması üçün işlər aparılır.

Nazirlik rəsmisi qeyd edib ki, publik hüquqi şəxs olan tibb müəssisələrinin göstərəcəyi pullu xidmətlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir. Artıq bununla bağlı nazirlik tərəfindən Nazirlər Kabinetinə siyahı da verilib.

“Nazirlər Kabineti “Pullu xidmət növləri”ni təsdiqlədikdən sonra tariflər müəyyən ediləcək. Qiymətlərin müəyyənləşdirilməsi səlahiyyətinin Tarif Şurasına verilməsi nəzərdə tutulur. Bütün işlərə isə ölkədə icbari tibbi sığortanın tətbiqi yekunlaşdıqdan sonra başlanılacaq”, - E.Əzizov bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]