Bizim qonaq / Müsahibə / Yazarlar

Xeyirxah Addıma Vəsilə.

30-04-2019, 16:45

Bugünki həmsöhbətim Xəbərman.com saytında bir neçə ay öncə yayımlanan şairə Şərafət Dağıstanlının göz əməliyyatında tez-tez adı çəkilən Leyla xanım Cumayevadı. Bu gözəl, səmimi, genişürəkli, əsl Azərbaycan xanımının yüksək mənəvi dəyərlərini özündə cəmləşdirən xanımla tanışlığım bir neçə ay öncəyə təsadüf etmişdi. Günlərin bir günü saytda nəğməkar şair “Ana Kürüm”, “Bağban məni yaralama” kimi məşhur mahnıların söz yazarı Şərafət Dağıstanlı ilə bağlı süjet yerləşdirmişdim. Şərafət xanımın görməsi ilə bağlı çox ciddi problemləri vardır və əməliyyat olunması üçün isə maddi vəsaitinin olmaması ilə bağlı olan süjeti görən Leyla xanım bir neçə həftə sonra mənimlə əlaqə saxlıyaraq xanımın gözlərini təmənnasız öz hesabına əməliyyat edəcək həkimin olduğunu bildirmişdir. Bizim tanışlığımız bax beləcə başladı. Bu günsə o xanımla qısa bir müsahibəni sizə təqdim etmək istərdim. Qeyd etmək istəyirəm ki, Leyla xanım Azərbaycan Milli Konservatoriyasının dissertantıdı və eyni zamanda orda çalışır.
Əvvəla Leyla xanım bu gün mənimlə görüşüb bu müsahibəni verdiyiniz üçün sizə öz təşəkkürümü bildirmək istəyirəm. Xəbərman.com saytının oxucularına bu haqda qısa da olsa məlumat verməyinizi istərdim.

Gülmirə xanım, mənim haqqımda dediyiniz bütün xoş sözlərə görə sizə öz dərin minnətdarlığımı bildirirəm. Əslində bu xoşməramlı bir işdə mənim də azacıq əməyim olduğu üçün özümü çox şanslı hesab edirəm. Əlbəttəki, sözsüz ki,təşəkkürlərin ən böyüyü doktorumuzun payına düşür. Mən sadəcə Şərafət xanımla əlaqə yaratmaqda doktora kömək etmişəm.

Necə oldu ki, Şərafət xanımın təmmənnasız əməliyyat olunmasına qərar verdiniz?

Qərar verdiniz deyəndə ki, belə bir qərar doktor Elvin Yadigarova məxsusdur. Mən incəsənət sahəsində olduğum üçün doktor mənə Şərafət xanımın tapılmasında ona köməklik etməyimi xahiş etmişdi. Mən də təbii ki, belə bir xoşməramlı bir əməldə onun yanında olmağı özümə borc bildim. Şərafət xanımın telefon nömrəsini və ev ünvanını tapmaq bir ay vaxtımızı apardı. Uzun sürən axtarışlar nəticəsində xanımın telefon nömrəsini tapdım və ona gözlərinin təmənnasız əməliyyat olacağını telefon vasitəsilə xəbər verdim. Xanım o qədər sevincli idi ki, hətta biz sevincimizdən ağladıq. Burdan xanımın nömrəsini tapmaqda yardımçı olan və adının çəkilməsini istəməyən o şəxsə həm Şərafət xanım adına, həm doktor adına, həm də öz adımdan dərin minnətdarlığımı bildirirəm. Və nəhayət doktor Elvin Yadigarov Şərafət xanımın hər iki gözünü əməliyyat etdi. Həmin gün bəlkə də hamıdan çox mən həyəcanlı və sevincli idim. Çünki adını kitablarda gördüyümüz, söz yazarı olduğu mahnılarına heyranlıqla qulaq asdığımız şairə xanımı real həyatda görmək bir fəxr idi mənimçün. Allaha Şükürlər olsun ki, xanımın hər iki gözünü doktor uğurla əməliyyat etdi. Hər iki gözündə yetişmiş kataraktası olan Şərafət xanımın görmə itiliyi 4 % təşkil edirdi. Çox çətin və çox məsuliyyatli əməliyyat idi. Lakin mən doktorun bu əməliyyatı uğurla edəcəyinə inanırdım. Xanımın görmə itiliyi 4 %-dən 80 %-ə qalxıb hal-hazırda. Ümid edirik ki, şairə xanımımız bu gündən sonra da bizləri öz yeni şerləri ilə sevindirəcək.

İnşallah Leyla xanım. Aldığım məlumata görə Şərafət xanım doktor Elvinə şeir həsr edib.
Bəli, Gülmirə xanım düzdür.

İncəsənət adamı olduğunuzu bilirəm. Musiqişünassınız, dissertantsınız və sənətşünaslıq üzrə fəlsəfə doktoru olmağa hazırlaşırsınız. Bu sahədə istedadınız olduğunu nə zaman özünüzdə hiss elədiz?

Musiqiyə həvəsim ta uşaq yaşlarımdan olub. Musiqiyə anamın istəyi ilə getməyə başladım. Əvvəllər hobbi kimi baxdığım musiqiylə gələcəkdə professional səviyyədə məşğul olacağımı heç ağlıma gətirməzdim. Allahın qisməti deyək. Mən qismətə çox inanan biriyəm.
Bildiyim qədəriylə musiqi üzrə iki ali məktəbdə təhsil almısınız. Neçə ildir musiqi ilə məşğulsunuz?
Nə az, nə çox düz 20 ildir bu sahədəyəm. Özümü bir gün də belə olsa musiqisiz təsəvvür edə bilmirəm. Sanki ən yaxın dostum və sirdaşımdır musiqi. Ən gizli sirlərimi və hislərimi onunla bölüşürəm (gülür)
Musiqi təhsilimi musiqi məktəbində bitirəndən sonra S.Hacıbəyov adına musiqi texnikomunda, sonra bakalavr pilləsi üzrə musiqişünaslıq ixtisası üzrə Azərbaycan Milli Konservatoriyasını,magistr pilləsi üzrə muğamşünaslıq ixtisası üzrə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində almışam. Hal-hazırda da Azərbaycan Milli Konservatoriyasının disertantıyam. Müdafiyə ərəfəsindəyəm.
Leyla xanım sizə müdafiədə və gələcək işlərinizdə uğurlar arzulayıram. Bildiyim qədəriylə bil neçə il öncə rejssor Şahin Zəkizadə ilə filmə çəkilmisiniz və hal-hazırda yerli rejissorlardan filmə çəkilmək təklifi almısınız.
Bəli Gülmirə xanım. Bir neçə il öncə dünyasını dəyişən rejissor Şahin Zəkizadənin bir proektində rol almışdım. Lakin ömür fəda etmədi . Allah Şahin Zəkizadəyə rəhmət eləsin. Xanımı Səbinə xanıma Allah səbr versin. Düzdü filmə çəkilmək üçün təklif almışam. Lakin müdafiə ərəfəsində olduğum üçün zaman azlığından hələki çəkilişləri qəbul etməmişəm. Amma söz verirəm bu təklifi dəyərləndirəcəm.
Sizin kimi istedadlı və gözəl xanımı ekranda görmək çox xoş olardı. Sizi tezliklə ekranda görmək istərdik.
Çox sağ olun. (gülür)

Bildiyim qədəriylə həmişə xeyriyyə, yardım işləri ilə məşğulsunuz. Elədiyiniz yaxşılıqların əvəzini gözləyirsiz?

Əslində etdiklərimin gizli qalmasını tərcih edirəm. Bu haqda danışmağı heç sevmirəm. Məni yaxından tanıyanlar bilir ki, yaxşılıqları əsla “çox sağ olun” sözünü eşitmək üçün etmirəm.

Leyla xanım avtobioqrafik roman yazmağa başlamısınız. Düzdü?

Avtobioqrafik roman yazmaq fikri uzun zamandı beynimdədir. Şəxsi həyatımla bağlı suallar çox olur. Bu haqda tək-tək insanlara məlumat verməyi sevmədiyimdən düşünürəm ki, bu romanı mütləq yazmalıyam və maraqlananlar oxuya bilər. (gülür)
Çox maraqlı olar Leyla xanım. İlk oxucularından biri mən olaram mütləq (gülür)
Leyla xanım işlərinizin çox olduğu bir zamanda mənim təklifimi qəbul edib həmsöhbət olduğunuz üçün sizə dərin minnətdarlığımı bildirirəm. Sizinlə həmsöhbət olmaq çox xoş oldu mənə. Sizi tanımağıma məmnun oldum.
Xoş sözlərinizə görə cox sağ olun Gülmirə xanım. Qarşılıqlıdır. Mən də sizi tanımağıma çox sevindim.
Sizə işlərinizdə, şəxsi həyatınızda uğurlar arzulayıram
Çox sağ olun, minnətdaram.

Administratorla əlaqə

077 611-55-22

[email protected]