Xəbərlər

Leyla Əliyeva “Bakı Marafonu 2017”-də qeydiyyatdan keçib

7-04-2017, 14:19
Leyla Əliyeva “Bakı Marafonu 2017”-də qeydiyyatdan keçib
Xeberman.com xəbər verir ki, bu barədə Report-un sualını cavablandıran Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin direktoru Gülşən Əliyeva deyib.

“Leyla Əliyeva qeydiyyatdan keçsə də, onun marafonda iştirak edib-etməyəcəyini əvvəlcədən dəqiq deyə bilmərik”, - deyə G.Əliyeva əlavə edib.

Mətbuat konfransında o da qeyd olunub ki, bu il marafona qeydiyyat daha erkən tarixdən başladığından daha çox iştirakçının, o cümlədən daha çox əcnəbi vətəndaşın iştirakı gözlənilir.

Qeyd edək ki, Fondun vitse-prezidenti Leyla Əliyeva ötən il təşkil olunan marafona qatılmışdı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]