Xəbərlər / Maraqlı

Azərbaycanda 15 yaşlı yeniyetməni eşşək dişlədi

25-04-2019, 18:41

Qubanın Ərməkiqışlaq kənd sakininin əlini eşşək dişləyib.

Rayonun Ərməkiqışlaq kənd sakini 2004-cü il təvəllüdlü Rahib Firuz oğlu Quliyevin əlini təsərrüfat işləri ilə məşğul olarkən eşşək dişləyib. O, Quba Mərkəzi rayon Xəstəxanasına müraciət edib. R.Quliyevə sol əlin geniş həcmli dişlənmiş yarası, 4 və 5-ci barmaqların zədələnməsi diaqnozu qoyulub.

Həkimlər onu vaksinasiya edərək yaralarını tikiblər.

Faktla bağlı araşdırma aparılır. (Yenisabah.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]