Kriminal

Şəmkirdə kütləvi dava: iki əmi oğlu xəsarət aldı

29-01-2017, 19:07
 Şəmkirdə kütləvi dava: iki əmi oğlu xəsarət aldıXeberman.com-un verdiyi məlumata görə, dava rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Bir neçə nəfərin dalaşdığı hadisə zamanı kənd sakini, 1971-ci il təvəllüdlü İsmayıl Hüseynov və onun əmisi oğlu, 1963-cü il təvəllüdlü Ələmdar Hüseynov müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]