Dünya

Assanjın səfirlikdəki həyatının görüntüləri yayımlandı - VİDEO

15-04-2019, 11:42
Assanjın səfirlikdəki həyatının görüntüləri yayımlandı - VİDEO
İspaniyanın “El Pais” qəzeti Ekvador səfirliyinin divarları arasında skeyt sürən “WikiLeaks”in yaradıcısı Culian Assanjın videogörüntülərini yayıb.

Görüntülər Ekvadorun Londondakı səfirliyində lentə alıb. Julian Assanj burda sığınacaq aldıqdan sonra 7 il yaşamışdı.

Səfirlikdə çalışan əməkdaşlar qəzetə bildiriblər ki, jurnalist özünün eksentrik davranışı ilə hər kəsi bezdirib.

“O duş aldıqdan və tualetə getdikdən sonra təmziliyə riayət etmir, tez- tez səfirlik əməkdaşları və mühafizəçilərlə dava edirdi. Assanj səfirlik binasının dəhlizlərində skeybord sürərək və ya top qovalayaraq vaxt keçirirdi”, - deyə səfirlikdən bildirilib.

Xatırladaq ki, aprelin 11-də Ekvador səfirliyi uzun illər diplomatik nümayəndəliyə sığınmış Assancı London hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verib. Onun həbsinə əsas 2012-ci ildə girov müqabilində azad olunma ilə bağlı şərtləri pozması olub./Oxu.az/


Administratorla əlaqə

077 611-55-22

[email protected]