Əsas Səhifə / Xəbərlər

Ekspertdən millət vəkilinə sərt cavab! - "İclas zallarında, heç kimin baxmadığı televiziyalarda verilən tövsiyyələrin heç bir kəsəri yoxdur!"

1-04-2019, 18:38
Ekspertdən millət vəkilinə sərt cavab! - "İclas zallarında, heç kimin baxmadığı televiziyalarda verilən tövsiyyələrin heç bir kəsəri yoxdur!"
"Qənirə Paşayeva nəyə təəccüblənib?"

Mediapress.az xəbər verir ki, bunu "Kazbekə şey basım, zırranım" adlı video ilə bağlı açıqlama verən millət vəkili Qənirə Paşayevaya cavab olaraq təhsil üzrə ekspert Etibar Əliyev deyib. O, özünəməxsus Facebook səhifəsində olayla bağlı şərh yazıb:

"Qənirə Paşayeva sosial şəbəkələrdə gənclər tərəfindən paylaşılan və trend olaraq adlandırılan "Kazbekə şey basım, fırranım” mahnısı ilə bağlı fikirlərini sosial şəbəkədə paylaşaraq bunu dəhşət adlandırıb. "Bu nə dəhşətdir, İlahi? Bu adamlar gerçəkdən nə oxuduqlarının, nəyə oynadıqlarının, bu hərəkətləri ilə nəyi təbliğ etdiklərinin fərqində deyillərmi?"

"Beləliklə, millət vəkili təəccüblənib. Bu cür azğınlıq və başıpozuqluğun səbəblərini bilməməsi ikiqat təəccüblüdür. Cəmiyyətin iç qatını bilmək lazımdır. İclas zallarında, heç kimin baxmadığı televiziyalarda verilən tövsiyyələrin heç bir kəsəri yoxdur. Hamı özünüreklama işləyir. Bütün bu tərbiyəsizliklərin kökündə orta təhsil və televiziyalar dayanır. Meyxananın, erotik mahnıların, düşük serialların, müğənnilərlə saatlarla söhbətlərin mənfi təsirini anlaya bilirsinizmi, hörmətli Millət vəkil?!! Anlasaydınız, təəccüblənməzdiniz!".

Administratorla əlaqə

077 611-55-22

[email protected]