Xəbərlər

Hər kəs buna etiraz səsini ucaltmalıdır - Millət vəkili

10-07-2017, 11:44
Hər kəs buna etiraz səsini ucaltmalıdır - Millət vəkili
Millət vəkili Qənirə Paşayeva Benin parlamentinin sədri Adrien Hounqbeci ilə görüşüb.

Qənirə Paşayeva görüş zamanı Azərbaycanın Afrika ölkələri ilə dostluğun və əməkdaşlığın inkişafına önəm verdiyini xatırladıb.

Q.Paşayeva spikerə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, bir neçə gün əvvəl işğalçı Ermənistan ordusunun qətlə yetirdiyi balaca Zəhra barəsində ətraflı məlumatlar verib:

“Ədalətin yanında olan heç bir kəs Ermənistanın törətdiyi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini beynəlxalq təşkilatlarda daha yüksək səslə söyləməlidir və Azərbaycan xalqı Benindən hər zaman bunu gözləyir”.

Benin parlamentinin sədri Adrien Hounqbeci də ölkəsinin Azərbaycanla dostluğun inkişafında maraqlı olduğunu və buna önəm verdiklərini deyərək, əməkdaşlığın daha da genişlənməsinin önəmini vurğulayıb. // Axar.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]