İdman

Əfsanə "Mançester"ə qayıdır

24-12-2018, 13:42

Peter Şmeyxel sabiq klubu “Mançester Yunayted”də çalışa bilər.

Goal.az xəbər verir ki, veteran qapıçıya idman direktoru vəzifəsi təklif edilib.

Şmeyxel bununla bağlı Britaniya mətbuatına açıqlamasında deyib:

“Mən bu işdə kluba kömək edə bilərəmmi? Bu suala cavab tapmaq üçün fikirləşməliyəm. Yeni il tətilində bir müddət istirahət edəcəm və son qərarımı verəcəm”.

Qeyd edək ki, danimarkalı Şmeyxel 1991-1999-cu illərdə "mankunyanlar”ın şərəfini qoruyub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]