İdman

"Beşiktaş" erməni oyunçuya elçi düşdü

19-12-2017, 11:03

İstanbulun “Beşiktaş” klubu “Mançester Yunayted”in və Ermənistan millisinin oyunçusu Henrix Mxitaryanı transfer etmək istəyir.

Oxu.Az Fanatik.com.tr-yə istinadən xəbər verir ki, artıq “Qara qartallar”ın rəhbərliyi “Qırmızı şeytanlar”la danışıqlara başlayıb.

Qeyd edək ki, “Mançester Yunayted” klubunun baş məşqçisi Jose Mourinyo H.Mxitaryanın onlara transfer istəyilə müraciət etdiyini bildirib.

“Əgər oyunçu nədənsə narazıdır və transfer olmaq istəyirsə, onu komandada qalmağa məcbur edə bilmərik. Bu, mənim yanaşmamdır və hər oyunçunun da öz qiyməti var”.

Qeyd edək ki, Henrix Mxitaryanla “İnter” və “Borussiya-Dortmund” klubları da maraqlanır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]