Xəbərlər / İdman

Dünyanın ən bahalı futbol klubu bəlli oldu

6-06-2017, 08:45
"Brend Finance" marka qiymətləndirmə təşkilatı dünya futbolunun "Ən dəyərli ilk 50 klub markası" hesabatını yayımlayıb.
Xeberman.com xəbər verir ki, dünyanın ən bahalı futbol klubu 1 milyard 733 milyon dollar marka dəyəri ilə "Mançester Yunayted" seçilib.

Siyahıya daxil olan 50 futbol klubunun ümumi brend dəyəri 20 milyard 486 milyon dollar təşkil edib. İlk onluqda yer alan klubların marka dəyəri 11 milyard 616 milyon dollara çatıb.

Keçənilki siyahıda ilk sırada yer alan "Mançester Yunayted" 1 milyard 170 milyon dollarlıq marka dəyərini 48 faiz artıraraq 1 milyard 733 milyon dollara yüksəldib. "Dünyanın ən dəyərli futbol klubu" titulunu qoruyub saxlayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]