Texnologiya

Sosial şəbəkələrin IP-ünvanı niyə bloklanıb ?

23-12-2018, 13:15
i]Rusiyada "VKontakte", "Yandex", "Twitter", "Facebook" və "Odnoklassniki"nin IP-ünvanları ölkənin Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmətinin ("Roskomnadzor") girişini qadağan etdiyi saytların reyestrinə daxil edilib.

Bu barədə "Report" "Kommersant"a istinadən xəbər verir.

Məlumata görə, siyahıda həmçinin "Yahoo" və "Liveinternet"in də IP-ünvanları yer alıb. Eyni zamanda "Google", "Microsoft" və "Amazon"un da müəyyən IP-ünvanlarına giriş qadağası qoyulub.

"Roskomnadzor"dan məsələyə verilən şərhdə sosial şəbəkələrin IP-ünvanlarının bloklanmasının texniki səbəblərdən olduğu bildirilib. Qeyd olunub ki, hazırda ünvanlar blokdan çıxarılıb.[/i]

Administratorla əlaqə

077 611-55-22

[email protected]