İqtisadiyyat

Pensiyaçılara «kredit qadağası» barədə - RƏSMİ AÇIQLAMA

22-04-2016, 16:25
Pensiyaçılara «kredit qadağası» barədə - RƏSMİ AÇIQLAMAPensiyaçılara kreditlərin dayandırılması barədə tövsiyyə oqların sosial vəziyyətini nəzərə alaraq edilib. Bu barədə fins.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bildirilib. Palatadan bildirilib ki, Azərbaycanda pensiyaçılara verilən kreditlərin verilməsi və onun nəticələri barədə məsələ, MBNP-nin rəhbəri Rüfət Aslanlı ilə bank rəhbərlərinin görüşündə müzakirə edilib.
«Bu gün kreditlərin onların (pensiyaçıların – fins.az) sosial vəziyətinə təsiri nəzərə alınaraq, banklara tövsiyə olunub ki, pensiyaçılara kreditləri bir müddət dayandırsınlar». Başqa sözlə Palatadan bildirilib ki, söhbət qadağadan yox, tövsiyədən gedir. «Yaxın günlərlə bununla bağlı daha geniş açıqlama veriləcək»-deyə qurumdan bildiriblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]