Texnologiya

"Twitter" sosial şəbəkəsi 2016-ci ildə 380 min istifadəçini blok etdi

22-03-2017, 20:56
"Twitter" sosial şəbəkəsi 2016-ci ildə  380 min istifadəçini blok etdi
"Twitter" sosial şəbəkəsi 2016-cı ilin II yarısı ərzində terrorçuluğun təbliği ilə məşğul olan 377 minə yaxın istifadəçini blok edib. "Report" xəbər verir ki, bu barədə sosial şəbəkənin hesabatında bildirilir. "2016-cı ilin 1 iyul - 31 dekabr tarixləri ərzində terrorçuluğun təbliğatı ilə əlaqəli pozuntulara görə 376 min 890 əkkauntun işi dayandırılıb", — deyə hesabatda qeyd olunur.
Bununla belə, belə akkauntların 74 faizi "Twitter"in spamlarla mübarizə üzrə şəxsi alətləri vasitəsi ilə aşkar olunub.
Hesabatda, həmçinin bildirilir ki, 2015-ci ilin 1 avqustundan 2016-cı ilin 31 dekabrına qədər cəmi 636 min 248 akkauntun fəaliyyəti əngəllənib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]