Xəbərlər / Maraqlı

Putin uşağın arzusunu belə gerçəkləşdirdi - Video

16-12-2018, 12:28

Rusiya Prezidenti Vladimir Putin helikopterlə gəzmək barədə söz verdiyi Artyom Palyanov adlı uşaqla görüşüb.

Kult.az xəbər verir ki, Rusiya Mədəniyyət Sənət Konseyi üçün Sankt-Peterburqa gələn Vladimir Putin Konstantinov Sarayında Artyom və ailəsi ilə çay süfrəsində bir araya gəlib. Putin Artyom və ailəsi ilə söhbət etdikdən sonra uşağa hədiyyələrini təqdim edib.

Daha sonra Putin Artyom ilə birlikdə hədiyyələri açıb və onu ailəsi ilə birlikdə helikopterin olduğu yerə şəxsən özü aparıb.

Qeyd edək ki, Vladimir Putin Artyom Palyanovla Moskvada keçirilən Rusiya könüllüsü forumunda tanış olub. Rusiya lideri orada 5 xəstə uşağın arzusunu həyata keçirəcəyinə söz vermişdi. Onlardan biri də Artyom Palyanov idi.


Administratorla əlaqə

077 611-55-22

[email protected]