Əsas Səhifə / Ölkə

Mirsamir Məmmədov: "Ermənilərin, Azərbaycanlılara olan düşmənçiliyi, ta eramızın əvvəllərindən də qədim

1-04-2015, 22:26

Mirsamir Məmmədov: "Ermənilərin, Azərbaycanlılara olan düşmənçiliyi, ta eramızın əvvəllərindən də qədim tarixə söykənir!"

Ermənilərin, tarixi düşmənçiliyi, təxribat və terror əməlləri!:
Ermənilər tarixən hər zaman Azərbaycan xalqına qarşı düşmən mövqedə olmuş, əllərindən gəldiyi qədər hər zaman, əsrlər boyu xalqımıza qarşı pisliklər, yamanlıqlar etmişlər, hər zaman azərbaycanlılara qarşı fitnə-fəsad, təxribat törədilmişdir. Bu məqsədlərini həyata keçirtməkdə daim kənar qüvvələrdən yardım almışlar, xalqımızın başına od ələmişlər, olmazın müsibətlərinə və bəlalarına düçar etmişlər. Əsrlər boyu xalqımıza qarşı ermənilər Soyqırım və Genasid siyasəti yeritmişlər, var qüvvələriylə, təxribat yaratmaqla məşğul olmuşlar! Tarixin dərinliyinə ensək, ta Qafqaz Albaniyasının ilk yarandığı dövrlərdən, hələ Eramızın əvvəllərindən və ordan o tərəfə söykənən bir tarixi vardır bu düşmənçiliyin. Hər zaman Azərbaycan torpaqlarını işğal edə bilmək üçün və xalqımızı yer üzündən silə bilmək üçün, düşünmədikləri fitnə-fəsad, planlamadıqları təxribat, Azərbaycanlılara qarşı qoşulmadıqları siyasi və hərbi ittifaq olmayıb! Ta eramızın əvvəllərindən, Roma və Bizansla birlik olaraq, Qafqaz Albaniyasına qarşı təxribatda olublar, eynən bu təxribatlar əsrlər boyu davam etmişdir. Daha sonra isə Birinci Pyotrla ittifaqda olaraq Azərbaycan Səfəvi dövlətinə qarşı, Osmanlı imperiyasına qarşı təxribatlarda iştirak etmişlər, hər zaman rusların bu torpaqlarda işğalçılıq planlarında ermənilər tam mərkəzdə dayanmışlar, hətta Birinci Pyotr Qafqaza yürüşə başlamazdan əvvəl Cənubi Qafqazın erməni əhalisinə məktub ünvanlayıb Qafqaza hücum planı hazırladıqlarını öncədən xəbər verir. 1722-ci ilin iyunun 18-də Birinci Pyotr Həştərxandan, Cənubi Qafqaz üzərinə hücuma keçir, 3 gün əvvəl isə, yəni İyunun 15-də isə Cənubi Qafqazın erməni əhalisinə məktubla müraciət ünvanlayıb, onları daxildə təxribata səsləyir. Beləcə, ermənilərin daxildəki fitnə-fəsadları və təxribatları sayəsində, hər zaman işğalçı rus qoşunları Cənubi Qafqazda olduqca rahat hərəkət etmişlər, hər alınmaz Azərbaycan qalasının qapıları təxribatçı və separatçı satqın ermənilər tərəfindən gecə vaxtları açılaraq, rus qoşunlarını içəri buraxıb, özləri də onlarla birlikdə, günahsız insanları qılıncdan keçiriblər hər zaman! Tarixən bu belə olub. Azərbaycanın bütün alınmaz qalaları, daxildəki düşmən qüvvələrin, yəni satqın və təxribatçı ermənilərin sayəsində alınıb. Ermənilərin bacardıqları tək iş var ki, o da ancaq təxribatçılıq, fitnə-fəsad çıxarmaq, ara qarışdırmaqdır. Çar Rusiyasının devrilməsiylə, 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökümətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir.
9 mart 1918-ci ildə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Bakıya gəlmişdir. Məhəmməd Tağıyev Lənkəran şəhərində baş verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirlmişdir və onun dəfn mərasimi 27 mart gününə təyin edilmişdir.
General Talışinski Bakıya gəlməzdən bir neçə gün əvvəl Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı məzmunda teleqram yollamışdır:


"Hörmətli yoldaş Şaumiyan:
Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik.
Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnızca imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir.
Bütün dostalara xoş arzular və salamlar."
— V. Ulyanov (Lenin)


Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs altına alınmışlar, nəticədə şəhərdə yaşayan azərbaycanlılar Bakı Sovetinə qarşı müqavimət göstərməyə başlamışlar. Baş verən silahlı münaqişə martın 30-dan aprelin 2-də qədər Bakıda davam etmişdir və tarixdə "1918-ci ilin Mart Günləri" kimi qalmışdır.
Mahiyyətcə milli soyqırımı olan "Mart döyüşləri" Bakı Sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdurəti daha da artırdı, Azərbaycanda sovetləşmə ideyasına zərbə vurdu.
Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi.
Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart, Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Minilliklər keçsə də, ermənilərin bu vəhşilikləri və vandallıqları heç bir zaman unudulmaz, heç bir zaman bağışlanmaz! Demək olarki, Azərbaycanın bütün bölgələrində erməni vəhşiliyi, erməni vandallarının təxribatları, kütləvi qırğınları və terrorları yaşanmışdır! Bütün Dünya, ermənilərin bu təxribat əməllərinə, qanlı cinayətlərinə və törətdikləri terrorlara hüquq qiymət verməli və ermənilər Aərbaycanlıların başına gətirdikləri bu müsibətlərə və kütləvi qırğınlara görə cavab verməlidir!

Administratorla əlaqə

077 611-55-22

[email protected]