Xəbərlər / Maraqlı

Boş vaxtlarında pilotluq edən Hollandiya kralı İstanbula uçdu — FOTO + VİDEO

26-11-2018, 09:55

Hollandiya Krallıq Hava Yolları (KLM) şirkətində hobbi olaraq pilotluq edən, ara sıra sərnişin reyslərində xidmət edən Hollandiya kralı Villem-Aleksandr Amsterdam-İstanbul reysini həayata keçirib.
"Ölkə.Az" xəbər verir ki, təyyarənin ikinci pilotu olan Kral Aleksandrın idarəsində uçduqlarını öyrənən sərnişinlər böyük həyəcan yaşayıb. Təyyarədəki sərnişinlərdən iş adamı Can Ünsalan " Hər zaman bir kral sərnişin təyyarəsini idarə etmir. Bu mənim üçün unudulmayacaq bir xatirədir" deyib. Tanınmış alman əsilli aktrisa Vilma Elles isə məmnuniyyətini "Məni İstanbula bir kral gətirdi" sözləri ilə çatdırıb.

Qeyd edək ki, Hollandiya Kralı Villem Aleksandr 22 ildir ki, Krallıq Hava Yollarının bəzi uçuşlarında ikinci pilot kimi yer alara ən böyük hobbisini reallaşdırır.









Administratorla əlaqə

077 611-55-22

[email protected]