Siyasət / Dünya

Hollandiya Türkiyə ilə diplomatik əlaqələri kəsdi

5-02-2018, 16:35
“Reuters” xəbər agentliyinin yaydığı məlum ata görə, Hollandiya Xarici İşlər Nazirliyi bu gün Ankaradakı səfirini rəsmi olaraq geri çağırdığını bəyan edib.
Hadisənin mart 2017-ci ildə Hollandiya və Türkiyə arasında yaşanan gərginliklə əlaqəli olduğu bildirilib.

Xeberman.com Hurriyet-ə istinadla xəbər verir ki, Hollandiya Xarici İşlər Nazirliyinin açıqlamasında, Türkiyənin də Hollandiyaya yeni səfir göndərməyəcəyi ifadə edilib.

“Reuters”in xəbərində Hollandiya XİN-nin Türkiyə ilə ixtilafın həlli ilə bağlı danışıqları dayandırdığı bildirilib.

Hollandiya hökuməti türk siyasilərin ölkədəki referendum mitinqlərinə icazə verməyəcəyi açıqlanmış, Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kayanın deportasiya edilməsi ilə ixtilaf dərinləşmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]