Texnologiya

Bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

21-11-2018, 18:52

Vətəndaşın bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən Xeberman.com-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini A.Həsənov bankomat kartının oğurlandığını və hesabındakı 790 manatın çıxarıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Piral kənd sakini

Nəbi Butayev müəyyən edilərək saxlanılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]