Əsas Səhifə / Mədəniyyət

Heydər Əliyev Mərkəzində “Qlobal İnfluenser Günü” keçirildi - FOTO

27-10-2018, 23:50
Oktyabrın 27-də Heydər Əliyev Mərkəzində “Qlobal İnfluenser Günü” keçirilib.

Tədbirin çıxışçıları arasında süni intellekt sahibi, robot “Sofiya” da olub. O bildirib ki, fərqli mədəniyyətlərin, dinlərin təmsilçilərini bir araya gətirən Azərbaycanın böyük potensialı var.

Tədbirdə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Sofiya” ilə söhbət edib.

Sonra Leyla Əliyeva Heydər Əliyev Mərkəzində təşkil edilən “Fobia Viar” sərgisi ilə tanış oldu. “Fobia Viar” Azərbaycanda virtual reallığın ən iri mərkəzlərindən biridir.

Tədbirin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva robot “Sofiya” ilə ünsiyyət qurdu, şəkil çəkdirdi. // Oxu.az



Administratorla əlaqə

077 611-55-22

[email protected]