İdman

“Barselona”nın keçmiş futbolçusuna heykəl qoyulacaq

24-10-2018, 14:32
“Barselona”nın keçmiş futbolçusuna heykəl qoyulacaq
"Barselona”nın keçmiş futbolçusu Andres İnyestanın heykəli qoyulacaq.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı İspaniyanın "Marca” nəşri yayıb. Xəbərdə İnyestanın anadan olduğu Albasete şəhərində onun şərəfinə heykəl qoyulacağı bildirilib. Şəhərin meri Manuel Serrano da bu məlumatı təsdiqləyib. O, heykəlin dizaynının fevral ayında təsdiqlənəcəyi və bir il ərzində işlərin tamamlanacağını bildirib.

Karyerasını Yaponiyanın "Vissel Kobe” klubunda davam etdirən İnyesta, İspaniyanın Albasete əyalətində anadan olub. O, "Barselona”nın akademiyasına getməzdən əvvəl, 1992-1995-ci illər aralığında "Albasete”nin gənclərdən ibarət komandasında oynayıb.

34 yaşlı futbolçu peşəkar karyerasına "Barselona”da başlayıb. İnyesta 1995-ci ildə "Barselona” akademiyasına daxil olub. İspan yarımmüdafiəçi 2018-ci ilə qədər Kataloniya təmsilçisinin formasını geyinib. O, yay transfer pəncərəsi dövründə "Vissel Kobe”yə transfer edilib. İnyesta 136 dəfə İspaniya millisinin şərəfini qoruyub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]