İdman

Neymar “Barselona” ilə yollarını ayırır – KİV

18-07-2017, 19:37

“Barselona” klubunun braziliyalı hücumçusu Neymar Fransanın PSJ komandası ilə razılaşıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Esporte Interativo” nəşri məlumat yayıb.

Braziliyalının kataloniya klubu ilə müqaviləsi 2021-ci ildə bitir. PSJ bu səbəbdən “Barselona”ya 222 milyon avro məbləğində ödəyəcək.

Nəşrin məlumatına əsasən, Neymarın “Barselona”dan ayrılmasının əsas səbəbi Lionel Messidir.

“Esporte Interativo” iddia edir ki, futbolçu daima argentinalının “kölgəsində qalıb” və öz bacarıqlarını tam göstərə bilməyib. Paris klubunda isə Neymar komandanın əsas siması olacaq.

Hücumçu ilə yaxın iki həftə ərzində müqavilə imzalanacağı gözlənilir.

Xatırladaq ki, Neymar “Barselona”ya 2013-cü ilin may ayında transfer edilib. Futbolçu kataloniya klubunda 186 oyun keçirib və 105 qol vurub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]