Xəbərlər / Təhsil

“Məktəbdaxili qiymətləndirmənin səmərəliliyinin artırılması” layihəsinin rəsmi açılış mərasimi olu

29-09-2018, 11:56

11 sentyabr 2018-ci il tarixində Biləsuvar şəhər 4 saylı tam orta məktəbində “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”nin “Tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması li” kateqoriyası üzrə qalib olmuş “Məktəbdaxili qiymətləndirmənin səmərəliliyinin artırılması” layihəsinin rəsmi açılış mərasimi olub.

Layihənin rəhbəri Aftandil Quliyev tədbirin rəsmi açılışı zamanı layihənin əsas məqsədi və vəzifələri barədə tədbir iştirakçılarına məlumat vermişdir. Layihənin əsas məqsədi Layihənin əsas məqsədi, məktəblərdə Qiymətləndirmə qrupu yaradaraq məktəbdaxili qiymətləndiməni müstəqil qurum kimi onlar tərəfindən aparmağa nail olmaqla şagirdlərin həmin vaxt üçün real nəticələrinin hansı səviyyədə olduqlarını aşkara çıxartmaqdır.

Qeyd edək ki, rəsmi açılışdan əvvəl layihəni idarə edəcək heyətin qurulması yöndə işlər aparılaraq 4 sentyabr 2018-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbarhimov adına Biləsuvar Təhsil Kompleksində ilkin təqdimat mərasimi həyata keçirilmişdir. Daha sonra isə Biləsuvar rayon Təhsil Şöbəsinin Müdiri və inspektorları ilə görüş keçirilmişdir. Bu görüşlər nəticəsində Biləsuvar rayon Təhsil Şöbəsinin inspektorları tərəfindən seçilmiş məktəblərə layihədə iştirak edəcəkləri barədə məlumat göndərilmişdir.

Həmçinin rəsmi açılış zamanı layihədə ekspert qismində çıxış edən Təhsil Meneceri Hüseyn Hüseynov məktəb nümayəndələrinə Təhsil Nazirlyinin məktəblərin son 2 ili əhatə edən statistik göstəriciləri ilə tanış etmiş, bu göstəricilər ilə bağlı məktəb nümayəndələrin suallarını cavablandırmışdır.

Ümumiyyətlə isə layihənin həyata keçirilməsi aşağıda qeyd olunan mərhələlərdən ibarətdir:

1. İlk olaraq layihəni idarə edəcək heyətin qurulması işi həyata keçirilmişdir. Bu fəaliyyət zamanı layihəyə cəlb olunmuş ekspert, təlimçilər və digər şəxslərin vəzifə borcları təyin olunmuşdur. Bu iş gələcəkdə layihənin işinin yüksək keyfiyyətlə aparılmasına xidmət edəcəkdir.

2. Layihənin ikinci mərhələsində pilot olaraq Biləsuvar şəhər mərkəzində yerləşən 6 şəhər məktəbi iştirak edəcəkdir. Daha sonra isə bu məktəblərin rəhbərləri ilə həm fərdi şəkildə ayrılıqda, həm də ümumi görüşlər təşkil olunacaqdır. Görüş zamanı onlara layihənin mahiyyəti və məqsədi barədə ətraflı məlumatlar veriləcəkdir.

3. Məktəblər seçildikdən sonra hər məktəbdən iki müəllim olmaqla 12 nəfərdən ibarət Qiymətləndirmə qrupunun yaradılması aparılacaqdır. Qrupu yaratmaqla Biləsuvar rayonun 6 şəhər məktəbinin 9-cu sinif şagirdlərinin eyni vaxtda ilkin diaqnostik qiymətləndirməsinin aparılmasına nail olunacaqdır. Bu da operativliyi təmin etməklə yanaşı həmin şagirdlərin həmin an üçün olan real bilik səviyyəsini ölçməkdə yardımçı olacaq, həmçinin yoxlama zamanı onların nəticələrinin neytral qrup formasında yoxlanılması şəffaflığı təmin edəcəkdir.

4. Qrupun işini tam formalaşdırmaq üçün 3 gün ərzində onlara aşağıdakı mövzular üzrə təlimlər təşkil olunacaqdır:

5. Şagird bazasının yaradılması;

6. Həm riyaziyyat, həm də Azərbaycan dili və ədəbiyyat fənləri üzrə yeni kurikulum standartlarına uyğun testlərin hazırlanması və yoxlanılması qaydaları;

7. İmtahan prosesinin təşkili və idarə olunması;

8. Nəticələrin təhlil olunması və çıxışı yollarının aşkarlanması.

Bu fəaliyyətinin sonunda qrupun seçilmiş müəllimləri qiymətləndirmənin keçirilməsi və təşkili işləri üzrə yeni bilik və bacarıqlar əldə etməklə gələcəkdə öz məktblərində müstəqil şəkildə Qiymətləndirmə qrupu yaratmaq imkanı əldə edəcəklər.

5. Təlimlərdən sonra Biləsuvar rayonu üzrə seçilmiş 6 məktəbin 9-cu sinif şagirdlərinin (400 nəfər) riyaziyyat və Azərbaycan dili və ədəbiyyat fənləri üzrə ümumi ilkin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcəkdir. Bu qiymətləndirməni yenicə formalaşmış Qiymətləndirmə qrupu həyata keçirəcəkdir. Qiymətləndirmə zamanı zal nəzarətçiləri qismində isə təcrübələrə uyğun olaraq qeyri-fənn müəllimlərindən istifadə olunacaqdır. Nəzarətçilər ilə (20 nəfər) 1 gün öncə təlimin də keçirilməsi nəzərdə tutulmuşdur ki, bu da imtahan zamanı hər bir şagird üçün eyni imtahan şəraitinin yaradılmasına yardımçı olacaqdır.

6.İmtahanlar keçirildikdən dərhal sonra Qiymətləndirmə qrupu şagirdlərin nəticələrini yoxlamağa başlayacaqlar. Nəticələrin yoxlanılması qrupa daxil olan bütün müəllimlərin iştirakı ilə aparılacaqdır. Bu zaman həmin müəllimlərin şagirdlərin nəticələrinin şəffaf şəkildə yoxlaması üçün əvvəlcədən şagirdlərin adları kodlaşdırılacaqdır. Bu da yoxlayıcı qrupun işinin bitərəf və şəffaf olmasının təminatçısı olacaqdır, yəni qrup üzvləri hər hansı nəticənin hansı şagirdə aid olduğundan bixəbər olacaqlar. Kodların açılışı yalnız layihə rəhbəri – qrup liderində olacaqdır. Onu da qeyd edək ki, bu növ qiymətləndirmə 9-cu sinif şagirdlərinin real nəticələrini ortaya çıxartmaqda kömək olacaqdır ki, bunun köməyilə də onların buraxılış imtahanlarında yüksək nəticələr göstərmələrinə zəmin yaradacaqdır.

7. Qiymətləndirmənin nəticələri bəlli olduqdan sonra nəticələrin təhlil edilməsinə start veriləcəkdir. Təhlil zamanı ilk olaraq ən çox səhv cavablandırılmış, ən çox doğru cavab verilmiş və ən çox imtina verilmiş suallar araşdırılacaqdır. Həmçinin şagirdlərin hansının daha çox cavab kartının doldurmasında səhvlər buraxdığı da araşdırılacaqdır. Təhlillər bitdikdən sonra isə hər məktəb və sinif üzrə yazılı tövsiyyələr hazırlanaraq məktəblərə təqdim olunacaqdır. Gələcəkdə həmin sinif və şagirdlər ilə tədrisin yüksək səviyyədə qurulmasında bu tövsiyyələrin köməyindən istifadə olunacaqdır.

8. Yuxarıda qeyd olunan bütün fəaliyyətlər bitdikdən sonra layihənin idarə heyətinin köməyilə layihənin hesabatının verilməsi üçün işlər aparılacaqdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]