İdman

“Neftçi”dən əzmkar qələbə

13-07-2018, 13:05
Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.

Axar.az xəbər verir ki, Premyer Liqamızın gümüş mükafatçısı “Qəbələ” də mübarizəyə başlayır.

"Qırmızı-qaralar" öz meydanında Lüksemburqun “Proqres” klubunu qəbul edir.

Digər görüşdə "Keşlə" səfərdə Malta komandası "Balzan"la, "Neftçi isə öz meydanında Macarıstan təmsilçisi "Uypeşt"lə görüşür.
***
12-ci dəqiqədə Alfred Effionq, 21-ci dəqiqədə isə Lecao "Balzan"a 2 qol qazandırıb: 2 - 0

29-cu dəqiqədə "Keşlə"nin oyunçusu Cesar Meza penaltı zərbəsi ilə hesabı 2-1 edib.

Lakin 33-cü dəqiqədə "Balzan" yenə fərqi artırıb: 3-1.

***
51-ci dəqiqədə Almeida "Qəbələ"nin qapısından ilk topu keçirib: 1 - 0.

55-ci dəqiqədə "Keşlə" isə daha bir qol buraxıb: 4-1
***
"Neftçi" - "Uypeşt" oyunun 9-cu dəqiqəsində Naqqi hesabı açıb: 0 - 1
***
61-ci dəqiqədə Oliver Till "Qəbələ"nin qapısından növbəti topu keçirib: 2- 0
***
24-cü dəqiqədə "Neftçi" Dabonun qolu ilə hesabı bərabərləşdirib: 1 - 1
***
Beləliklə, "Qəbələ" 2-0 hesabı ilə "Proqres"ə, "Keşlə" isə 4-1 hesabı ilə "Balzan"a məğlub olub.
***
Dabo 72-ci dəqiqədə növbəti qola imza atıb və "Neftçi"ni irəli çıxarıb: 2 -1
***
90-cı dəqiqədə Emin Mahmudov fərqi 2 topa çatdırıb: 3 - 1

***
Beləliklə, Neftçi rəqibi üzərində 3-1 hesablı möhtəşəm qələbə qazanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]