Əsas Səhifə / Gündəm

TOVUZ RAYONUNDA ADİYYATI ÜZRƏ QURUMLAR 2ci QURUP ƏLİLİN SƏSİNƏ SƏS VERMİR

2-08-2018, 02:06
TOVUZ RAYONUNDA ADİYYATI ÜZRƏ QURUMLAR 2ci QURUP ƏLİLİN SƏSİNƏ SƏS VERMİR
Tovuz rayon sakini 2-ci qurup anadangəlmə əlil olan Hüseynov Nicat Mayıl oğlu Press-az.com-un elektron ünvanına şikayət məktubu göndərib.Həmin şikayəti olduğu kimi sizə təqdim edirik.
Mən Hüseynov Nicat Mayıl oğlu 01-10-1991-ci ildə Tovuz Rayon Yuxarı Öksüzlü kəndində dünyaya gəlmişəm və həmin kəntdə yaşayıram.Anadangəlmə 2-ci qurup əliləm. Atam rəhmətə gedib.Anamla yaşayıram. Əlilliyə görə aldığım 61manat müavinət çörək almağımıza yetmir. Aclıqdan səfalətdən işsizlikdən dolayı dəfələrlə Tovuz Rayon İcra Başçısının qəbulunda olmuşam.Yalvar-yaxar etmişəm ki, səhhətimin yol verdiyi bir iş verin işləyim,yavan cörəyə həsrət qalmayım.Təəsüf ki, mənə kömək edən yoxdu. 2014-cü ildən Tovuz Rayon Məşğulluq İdarəsində işsiz kimi qeydiyyatdayam.Mənə kömək edən, iş verən yoxdu,əlilliymi nəzərə almırlar.Hara müraciət edirəmsə, məni yola verirlər ,çox çarəsiz durumdayıq.Dəfələrlə Prezident İlham Əliyevə, Vitse prezident Mehriban xanım Əliyevaya,Milli Məclisin Sosial SiyasƏt komitəsinin sədrinə, Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinə müraciətlər etməyimə baxmayaraq səsimə səs verən yoxdu. Sizdən xahiş edirəm mənə köməklik göstərib ,bu problemlərimin ictimailəşdirilməsində mənə dəstək olasız.

Administratorla əlaqə

077 611-55-22

[email protected]