İdman

Futbolda nadir hadisə: Qəpik əvəzinə kredit kartından istifadə olundu - FOTO

29-07-2018, 11:50

Çempionlar Kuboku turnirinin “Arsenal” (İngiltərə) – PSJ (Fransa) oyununda maraqlı hadisə yaşanıb.

Oxu.Az xəbər verir ki, Sinqapurda keçirilən matçın yerli hakimi komandaların kapitanlarına meydanın hansı sahəsinin onların olduğunu müəyyənləşdirmək üçün qəpik atışından istifadə etməyib.

Əvəzində isə turnirin təşkilatçısı olan bir nümayəndə turnirin sponsoru olan bankın kredit kartını qəpik əvəzinə atıb.

Bu addım sosial şəbəkələrdə baş hakimin qəpiyini unutmasına dair müzakirələrə yol açıb.

Qeyd edək ki, hazırda ikinci hissəsi keçən matçda “Arsenal” ikinci heyətlə meydana çıxmış PSJ-ni 1:0 hesabı ilə məğlub edir.



Administratorla əlaqə

077 611-55-22

[email protected]