Xəbərlər / Siyasət

Sarqsyan Ermənistanı tərk etdi

25-07-2018, 00:40

Ermənistanın Respublika Partiyasının üzvü, sabiq prezidenti Serj Sarqsyan hazırda Avropadadır.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Joxovurd” qəzeti məlumat yayıb.

Məlumatda bildirilib ki, o, İtaliyaya yollanıb. Sarqsyan Avropada tibbi müayinədən keçməlidir.

Qəzet bu informasiyanı Respublika Partiyasının üzvlərindən dəqiqləşdirmək istəyib. Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Baqram Baqdasaryan bu məlumatı təkzib etməyib.

“Bəli, ola bilsin. Mən bundan məlumatsızam, o, tibbi müayinədən keçmək üçün getməli idi”, - Baqdasaryan deyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]