İdman / Maraqlı

ÇL:“Roma” və “Liverpul” növbəti mərhələdə

11-04-2018, 03:26
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçları keçirilib.
Xeberman.com xəbər verir ki, İtaliya paytaxtının “Olimpiko” stadionunda “Roma” klubu İspaniyanın “Barselona” klubunu qəbul edib.

Kataloniyada keçirilən matçda 4:1 hesabı ilə məğlubiyyət acısı yaşayan “Roma” klubu oyunun altıncı dəqiqəsində Cekonun qolu ilə hesabı açıb. 58-ci dəqiqədə De Rossi dəqiq penalti zərbəsi ilə fərqi iki topa çatdırıb.

82-ci dəqiqədə isə Manolas üçüncü topu qapıdan keçirərək “Barselona”nı çətin vəziyyətdə qoyub. İnanılmaz nəticəni göstərən “Roma” ümumi oyun nəticələrinə görə növbəti mərhələyə vəsiqə qazanıb.

Mançesterin “Ettihad” stadionunda paralel keçirilən matçda isə “Siti” “Liverpul”la üz-üzə gəlib. Oyunun artıq ikinci dəqiqəsində Jesus Sitini önə çıxarıb. 56-cı dəqiqədə Məhəmməd Salah matça yenidən tarazlıq gətirib. 77-ci dəqiqədə isə Firmino “Siti”nin bütün ümidlərini puça çıxarıb

Administratorla əlaqə

077 611-55-22

[email protected]