Xəbərlər / Maraqlı

Nigeriyalı azarkeş: Fəxr edirəm ki, azərbaycanlıyam - Video

24-06-2018, 23:57

Rusiyada keçirilən dünya çempionatında iştirak edən nigeriyalı azarkeşin Azərbaycan bayrağı ilə müraciəti sosial şəbəkədə maraqla qarşılanıb.

Volqoqradda çempionatı izləyən nigeriyalı Odiqe Samson Co Kult.az-a açıqlamasında deyib ki, Naxçıvan Dövlət Universitetinin (NDU) tibb fakültəsini 2018-ci ildə bitirib.

O, bildirib ki, Naxçıvanda onu Səməd deyə çağırırlar: "O adı mənə NDU-nun keçmiş rektoru İsa Həbibbəyli (AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı - red.) qoyub. Hazırda Naxçıvan şəhərində yaşayıram. Tələbəlik illərində ofisiant, restoran müdiri və ingilis dili müəllimi işləmişəm. İndi işsizəm və Nigeriya yığmasına azarkeşlik etmək üçün Rusiyadayam".

Qeyd edək ki, Trend-in müxbiri Maksim Tsurkovun Feysbukda yaydığı videolarda nigeriyalı "Azərbaycan! Azərbaycan! Mən naxçıvanlıyam, şərurluyam" deyərək, Tünzalə Ağayevanın "Mən fəxr edirəm ki, azərbaycanlıyam" mahnısından bir bənd oxuyur.


Administratorla əlaqə

077 611-55-22

[email protected]