Siyasət

VASİF TALIBOV VİTSE-PREZİDENT GƏTİRİLİR – Ali Məclisin fövqəladə sessiyası çağırılıb

23-02-2017, 00:22
Sabaha, 23 fevrala Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyası çağırılıb. Virtualaz.org bildirir ki, bu barədə Naxçıvan MR-in rəsmi mətbu orqanı “Şərq Qapısı” qəzeti xəbər yayıb. Xəbərə görə, sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin edilməsi məsələsi də daxildir.

Məlumatlara görə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər Azərbaycanın idarə sistemində dəyişikliklərlə – vitse-prezident institutunun tətbiqi ilə bağlıdır. Elə həmin məlumatlara görə, Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanın vitse-prezidenti elan ediləcək. Çünki Ali Məclisin sədri vəzifəsi Azərbaycanın vitse-prezidenti postuna bərabərləşdirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]