Ölkə

Xalq Cümhuriyyətinin 100 illiyi barədə tədbirlər planı təsdiqlənib

6-07-2017, 00:35

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tədbirlər Planı təsdiq edilib.

AMEA-dan Oxu.Az-a verilən məlumata görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinə dair “İstiqlal bəyannaməsi”nin qəbul olunduğunu qeyd edərək AXC dövründə bütün ölkə vətəndaşlarına bərabər hüquqların verildiyini, irqi, milli, dini və sinfi ayrı-seçkiliyin ləğv olunduğunu söyləyib.

Rəyasət Heyəti Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamın icrasından irəli gələn məsələlərin həlli və AXC-nin 100 illiyinin qeyd olunması məqsədilə AMEA-nın Tədbirlər Planının təsdiqlənməsi haqqında qərar qəbul edib. AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə daxil olan institutlarda 2017-2018-ci illər ərzində yubileylə bağlı bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, məqalələr, müxtəlif kitablar, sənədlər toplusu, elmi-biblioqrafik göstəricilər, monoqrafiyaların nəşri, sərgilərin təşkili Tədbirlər Planında yer alıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]