İdman

"Liverpul"un ən yaxşı oyunçusu seçildi

6-10-2017, 15:50

"Liverpul"da sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az-ın məlumatına görə, klubun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Məhəmməd Salah ötən ayın ən yaxşı oyunçusu seçilib. O, 41 faiz səs toplayıb. Filipp Koutinyo 23 faiz səslə ikinci olub.

Qeyd edək ki, M.Salah sentyabrda Premyer Liqada 3 matçda 2 qol vurub . Misirli yarımmüdafiəçi Çempionlar Liqasında isə iki oyunda 1 qolla yadda qalıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]