Xəbərlər / Gündəm

Bakıda çoxmərtəbəli bina yanır – YENİLƏNİB -VİDEO - FOTO

28-04-2018, 13:49
Bakıda çoxmərtəbəli bina yanır – YENİLƏNİB -VİDEO - FOTO
Yanğın baş verən əraziyə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov gəlib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakıda yerləşən çoxmərtəbəli binada yanğın hadisəsi baş verib.

Minval.İnfo xəbər verir ki, bu barədə oxucular redaksiyaya video göndəriblər. Görüntülərdən aydın olduğu kimi, binanın dam hissəsində tüstülənmə yaranıb.

Hazırda yanğın şiddətli şəkildə davam edir və baş vermə səbəbi barəsində məlumat yoxdur. FHN yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb ediliblər.

Qeyd edək ki, bu binada daha əvvəllər də yanğın hadisəsi baş vermişdi.








Administratorla əlaqə

077 611-55-22

[email protected]