Gündəm

Bakıda “maşın bazarı”nda güclü yanğın - YENİLƏNİB + FOTO + VİDEO

1-07-2016, 00:07
Bakıda “maşın bazarı”nda güclü yanğın - YENİLƏNİB + FOTO + VİDEO

Bakı şəhəri, Nizami rayonu, Maşın bazarında mağazalardan birində baş vermiş yanğın saat 22:59-da söndürülüb.

Bu barədə Xeberman.com-a Fövqəladə Hallar Nazirliyin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını cəlb olunmuşdur.

22:33

Bakının Nizami rayonunda "maşın bazarı” kimi tanınan ərazidəki mağazaların birində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Xeberman.com-a bildiriblər ki, dərhal yanğının söndürülməsinə qüvvə və vasitələr cəlb olunub.

APA saytının məlumatına görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını hadisə yerində yanğının qarşısını almağa çalışırlar .
 
Qeyd olunur ki, yanğın bazarın giriş hissəsində yerləşən15-20 mağazaya yayılıb.  

21:37

Bakının Babək prospektində "maşın bazarı” adlanan ərazidə güclü yanğın başlayıb.

Xeberman.com-uTrend-ə istinadən məlumatına görə, hadisə yerinə 5-dən çox yanğınsöndürən avtomobili cəlb olunub.

Hazırda prospektin hər iki istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb.

 

Video: Əzizə İsmayılova

Administratorla əlaqə

077 611-55-22

[email protected]