Dünya

BMT-dən tələb: İsrail əsgərlərinə nəzarət et

22-04-2018, 10:54

Avropa-Aralıq dənizi İnsan Haqları Təşkilatı Qəzza-İsrail sərhədindəki nümayişlərə görə BMT-dən nümayəndə heyəti göndərməyi tələb edib.

Qurumun bəyanatında nümayişdə iştirak edənlərin sülh tərəfdarı olduğu bildirilib. BMT-nin İsrail əsgərlərinin nümayişçilərə müdaxiləsini nəzarətdə saxlamaq tələb edilib. Həmçinin 30 martdan bəri 39 fələstinli nümayişçinin öldürüldüyü və aralarında jurnalistlər də olmaqla, 5 min adamın yaralandığı qeyd edilib. // Axar.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]