Əsas Səhifə / Dünya

İsrail əsgərləri silahsız fələstinliləri gülləbaran etdi - 8 ölü, 900 yaralı

8-04-2018, 03:13
Ötən gündən etibarən Qəzza sektorunda İsrail hərbçilərinin fələstinlilərə sərt müdaxiləsi nəticəsində 8 fələstinli ölüb, 900-dən çox insan xəsarət alıb.

Xeberman.com Maide-yə istinadən xəbər verir ki, işğalçı İsrail ordusu dinc əhaliyə qarşı güllə və zəhərli qazla müdaxilə edib. Qırmızı Aypara Cəmiyyətinin mətbuat katibi İrab əl-Fukaha xəsarət alanların 218 nəfərinin güllə ayarası aldığını bildirib.

Aksiyaçılar İsraildən Qəzza bölgəsinin blokadasına son qoymağı və fələstinlilərə qəsb olunmuş torpaqlara geri dönmələrinə imkan verməsini tələb edirlər.

Qeyd edək ki, ötən həftənin cümə günündən başlayan aksiyalarda şəhid olanların sayı 37-yə nəfərə çatıb. Ümumilikdə, 3500-ə yaxın fələstinli yaralanıb.

Xatırladaq ki, 1948-ci ildə işğalçı İsrail tərəfindən doğma torpaqlarından didərgin düşmüş fələstinlilər qayıdış hüququnu müdafiə etmək üçün “Böyük Qayıdış Yürüşü” keçirirlər. Sionis rejim rəhbərliyi sərhədi keçən aksiyaçıları vurmaq barədə əmr verib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]