Kriminal

Yardımlıda qonşular arasında su üstündə kütləvi dava - Ölən və yaralananlar var

14-04-2018, 15:29
Yardımlıda qonşular arasında kütləvi dava ölümlə nəticələnib.
Xeberman.com xəbər verir ki, hadisə rayonun Bürzümbül kəndində qeydə alınıb. Belə ki, Rəciyevlər və Haxıəliyevlər arasında su üstündə yaranmış gərginlik bir neçə gündür, əlbəyaxa davaya çevrilibmiş. Ötən gün qonşular soyuq silah götürərək bir-birinə hücum çəksələr də, kənd sakinləri tərəfindən sakitləşdiriblər. Bu gün səhər saatlarında dava yenidən alovlanıb. Hər iki ailənin üzvləri ağır xəsarət alıb. Dava nəticəsində 1963-cü il təvəllüdlü Rəciyev Bəyzadə Məmmədağa oğlu vəfat edib. Onun ölümündə günahkar bilinən Haxıəliyev Şirxan Nuru oğlu həbs edilib. Xəsarət alan 4-5 nəfər hazırda rayon mərkəzi xəstəxanasında müalicə olunurlar.
Yaralananlar içərisində həbs olunan şəxsin atası Nuru Haxıəliyevin vəziyyəti ağırdır, o, reanimasiya şöbəsinə yerləşdirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]