Gündəm

Bakıda kütləvi dava olub, yaralanan var

3-02-2018, 13:51
Bakının Sabunçu rayonunda, küçədə 3 nəfər arasında dava baş verib.



Hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.



1971-ci il təvəllüdlü Qurbanov Çingiz Yusif oğlu tanışları ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı Ç.Qurbanov boğazından bıçaq xəsarəti alıb.



Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.



Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları istintaq yolu ilə araşdırma aparır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]