Media

Qadın jurnalistlərə sataşmaqda ittiham olunan vəzifəli şəxs: Ya istefa olacaq, ya da “xarakiri”

13-04-2018, 04:49
Yaponiya hökumətində baş verən hadisə ölkə və dünya informasiya agentliklərinin baş xəbəri kimi gündəmi işğal edib. Əslində Avropa və ya digər dövlətlərdə belə hadisələr yüzlərlə, minlərlə olur. Onu xəbər səviyyəsinə çıxarmaq üçün heç kim çalışmır.
Amma bu hadisə Yaponiyada baş verib və sübut olunsa, ağır nəticəsi olmalıdır. Hadisənin məğzinə gəlincə, Yaponiya Maliyyə Nazirliyinin baş katibi Dzüiti Fukuda qadın media nümayəndələrinə seksual təcavüzdə şübhəli bilinir.

“TASS” xəbər agnetlyinin məlumatına görə, bir neçə dəfə qadınlarla söhbət zamanı onların ünvanlarına əxlaqa zidd ifadələr işlədib, sinəsinə toxunmağı xahiş edib, hətta mehmanxanadakı otağına dəvət edib.

Bu faktlar ictimaiyyətin diqqətinə çatdıqdan sonra rəsmi şəxsin davranışı həm hakim partiyanın və həm də müxalif qüvvələrin təmsilçiləri tərəfindən tənqid olunub və ölkənin baş nazirinin müavini Taro Aso D.Fukudaya əməllərinə görə şiddətli töhmət vermək məcburiyyətində qalıb.

Beynəlxalq mediada yayılan xəbərlərə görə, hadisənin ölkədən xaricə çıxması biabır olan baş katibin istefası, hətta özünəqsəd etməsinə də gətirib çıxara bilər. Yəni o günahkardırsa, istefa verməli, yox əgər ona böhtan atırlarsa, çox güman ki, “xarakiri” etməlidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]