Texnologiya

Yaponiyada haker hücumu nəticəsində 530 milyon dollar məbləğində kriptovalyuta oğurlanıb

28-01-2018, 10:52
Yaponiyada haker hücumu nəticəsində 530 milyon dollar məbləğində kriptovalyuta oğurlanıb
Yaponiyada haker hücumu nəticəsində virtual valyuta mübadiləsi üçün əsas portallardan birindən 530 milyon ABŞ dolları məbləğində kriptovalyuta oğurlanıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, portalın operatoru olan “Coinchech” şirkəti NEÇ kriptovalyutasının yoxa çıxması barədə məlumat yayıb. Hadisə yanvarın 26-da yerli vaxtla saat 15:00 radələrində baş verib. Maliyyə Əməliyyatları İdarəsinə və polisə hadisə barədə məlumat verilib.

Operator şirkətin bildirdiyinə görə, müştərilərə məxsus olan oğurlanan vəsaitə görə onlara kompensasiyaların ödənilməsi və digər məsələlər araşdırılır.

Hazırda şirkətə dəyən ümumi maliyyə zərərinin məbləği də dəqiqləşdirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]