Kriminal

Azərbaycanda böyük bazar yandı

12-04-2018, 19:07
Bərdə rayonunda bazarda yanğın başlayıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, yanğın rayonun Alpout kəndi ərazisndə yerləşən "mal bazarında" kafelərdən birində başlayıb. Qısa müddətdə genişlənən yanğın yaxınlıqda yerləşən digər kafeyə keçib. Nəticədə iki kafe tamamilə yanaraq yararsız hala düşüb.



Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb.

Yanğının baş vermə səbəbi və sahibkarlara dəyən ziyan araşdırılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]