Əsas Səhifə / Dünya

Sarı dənizdə iki gəmi toqquşub: Ölənlər var

12-04-2018, 18:41
Sarı dənizdə iki gəminin toqquşması nəticəsində üç nəfər ölüb, daha üç nəfər itkin düşüb.

Xeberman.com TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının sahil mühafizəsi məlumat yayıb.

Məlumata görə, hadisə bu gün gecə baş verib. Tanzaniya bayrağı altında üzən 500 tonluq gəmi Memuldo adasından 10 kilometr şimal-qərbdə Cənubi Koreyanın 15 tonluq balıqçı gəmisi ilə toqquşub.

Ölkənin dəniz polisi insanların axtarışı üçün 17 kater, habelə digər gəmilərə xilas əməliyyatı üçün hadisə yerinin yaxınlığından siqnal göndərib.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]